ABŞ yaşayış icazəsi üçün “Qızıl Kart” satışına başlayacaq

 09:28 22.05.2025     87

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə daimi yaşayış icazəsi verən “qızıl kart”ların satışına başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik Vaşinqtonda keçirilən “Axios” tədbirində məlumat verib.

Nazirin sözlərinə görə, gələn həftə “trumpcard.gov” adlı rəsmi internet saytının istifadəyə verilməsi planlaşdırılır. Sayt vasitəsilə 5 milyon dollarlıq “qızıl kart”lar təqdim olunacaq. Layihənin məqsədi ABŞ-da daimi yaşayış icazəsi almaq istəyən maliyyə imkanlı şəxslərə bu prosesi daha əlçatan etməkdir.

Lutnik qeyd edib ki, ilkin mərhələdə sayt üzərindən maraqlı şəxslər üçün pulsuz qeydiyyat imkanı yaradılacaq. Hökumət bu təşəbbüslə ölkənin artan milli borc öhdəliklərini qarşılamaq üçün əlavə vəsait cəlb etməyi planlaşdırır.

“Əsasən tanıdığım, amerikalı olmayan, maliyyə imkanları olan hər kəs bu kartı almağa maraq göstərib”, – deyə nazir əlavə edib.

Aytəkin TOFİQQIZI