Kanada ABŞ-nin "Qızıl Qübbə” raketdən müdafiə sisteminə qoşulmaq istəyir

Kanada hökuməti ABŞ Prezidenti Donald Trampın elan etdiyi “Qızıl Qübbə” adlı gələcək raketdən müdafiə sisteminə qoşulmaq üçün Vaşinqtonla danışıqlar aparır.
Redaktor.az xəbər verir ki, bu “New York Post”a açıqlamasında Kanadanın baş naziri Mark Karni məlumat verib.
“Bu, Kanada üçün yaxşı fikirdirmi? Bəli, kanadalılar üçün müdafiənin olması yaxşıdır”, – deyə Karni bildirib.
Baş nazir qeyd edib ki, Kanada yaxın gələcəkdə kosmosdan gələn potensial raket təhdidlərinə qarşı hazır olmalıdır. Karni ABŞ prezidenti Donald Trampla bu məsələ ilə bağlı birbaşa müzakirələr apardığını təsdiqləyib. Eyni zamanda, iki ölkə arasında yüksək səviyyəli rəsmilər səviyyəsində də danışıqlar davam edir.
Tramp isə açıqlamasında Kanada hökumətinin onun administrasiyası ilə əlaqə saxladığını və proqrama qoşulmaq istədiyini bildirib. O, Ottavanın sistemin maliyyələşdirilməsində “ədalətli payını” verməsini təmin edəcəyini vurğulayıb.
Aytəkin TOFİQQIZI