Ramafosa Trampın ağ soyqırım ilə bağlı açıqlamalarını tənqid etdi

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ABŞ Prezidenti Donald Trampın Cənubi Afrikada ağdərili əhaliyə qarşı “soyqırım” iddialarını əsassız adlandıraraq sərt tənqid edib.
Redaktor.az xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb.
Tramp Ağ Evdə Ramafosa ilə görüşü zamanı, Cənubi Afrikadan ABŞ-yə sığınan ağdərili fermerlərdən danışaraq, onların “təqib olunduqlarını hiss etdiklərini” və bu vəziyyətin “kədərləndirici” olduğunu bildirib. O, müxalifətçi siyasətçi Julius Malemanın ağlara qarşı çağırışlarını əks etdirən videonu da Cənubi Afrika liderinə göstərib.
Ramafosa isə cavabında Trampın söylədiklərini rədd edib: “Çıxışlarda gördükləriniz hökumət siyasəti deyildi. Cənubi Afrikada insanların öz fikirlərini ifadə etməsinə imkan verən çoxpartiyalı demokratiyamız var. Hökumətimizin siyasəti onun dediklərinə tamamilə ziddir.”
Aytəkin TOFİQQIZI