Tələbə qızlara hamiləliyə görə müavinətin artırılması təsdiqləndi

 18:34 22.05.2025     92

Rusiyada qız tələbələr üçün analıq müavinətlərinin məbləği orta hesabla 90 min rubl təşkil edəcəkdir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu hökumətin iclasında Rusiyanın Baş naziri Mixail Mişustin deyib.

"Qadının 140 günlük analıq məzuniyyəti üçün ala biləcəyi yardımın miqdarı bir neçə dəfə artacaq" - hökumət rəhbəri deyib.

Mişustinin sözlərinə görə, ödənişin məbləği tələbə təqaüdünə görə deyil, regionda yaşayış dəyərinə görə hesablanacaq. O, maliyyə dəstəyinin federal büdcədən veriləcəyini qeyd edib. Ali məktəblərdə və kolleclərdə, əlavə peşə təhsili müəssisələrində və elmi təşkilatlarda əyani təhsil alan qızlara ödənişlər veriləcək.

Turan İSMAYIL