Britaniya bu adanı Mavrikiyə təhvil verdi

Böyük Britaniya Çaqos adalarının suverenliyini Mavrikiyə təhvil verən saziş imzalayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Keir Starmer bildirib.
Qeyd olunub ki, Britaniya strateji əhəmiyyətli Dieqo Qarsiya hərbi bazasına nəzarəti növbəti 99 il müddətinə özündə saxlayacaq.