Ermənistanda maddi sübut kimi saxlanılan 590 min dollar oğurlanıb

İrəvanda Ermənistan İstintaq Komitəsinin binasından maddi sübutların saxlandığı binadan 590 min dollar yoxa çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, pul iqtisadi cinayətləri və qaçaqmalçılığı araşdıran baş idarənin altıncı mərtəbəsindəki seyfdə olub. Ehtimal olunur ki, içəri girən şəxs müstəntiqin adına verilmiş saxta vəsiqədən istifadə edərək binaya daxil olub.
Nəşrin mənbəsi onu da bildirib ki, bu iş çərçivəsində İstintaq Komitəsinin əməkdaşlarından biri, idarə rəisi saxlanılıb. Hazırda Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.
Nəşrin dərc edildiyi vaxt nə İstintaq Komitəsi, nə də antikorrupsiya qurumu tərəfindən rəsmi şərh verilməyib.
Turan İSMAYIL