Tramp G7 sammitində iştirak edəcək

 23:07 22.05.2025     70

ABŞ Prezidenti Donald Tramp iyun ayında Kanadanın Alberta əyalətinin Kananaskis kurort bölgəsində təşkil ediləcək “Böyük Yeddilik” (G7) sammitində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib.

"Prezident Tramp 15-17 iyun tarixlərində Kanadada keçiriləcək G7 ölkələri liderlərinin sammitində iştirak edəcək", - o bildirib.