Ukrayna və Kanada G7 sammiti öncəsi mövqelərini razılaşdırdılar

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Brusilo Kanadanın G7 sammiti üzrə nazir müavini Sintia Termorşuizen ilə video danışıq aparıb.
Redaktor.az OP-yə istindla xəbər verir ki, əsas müzakirə mövzusu iyunun 15-17-də Kanadanın Kananaskis şəhərində keçiriləcək G7 sammiti ərəfəsində Ukrayna və Kanadanın mövqelərinin əlaqələndirilməsidir.
Tərəflər Ukrayna Prezidentinin və Kanadanın Baş nazirinin iştirakı ilə fəaliyyət planını müzakirə edib və birgə tədbirlər barədə razılığa gəliblər, həmçinin G7 sammiti çərçivəsində Kiyevin əsas prioritetlərini müəyyən ediblər.
İqor Brusilo Ukraynanı G7 sammitində iştiraka dəvət etdiyinə görə Kanadaya təşəkkür edib.
"Bu, Kanadadan dövlətimizə sarsılmaz dəstəyin güclü siqnalıdır. Bu, Kanada ilə münasibətlərimizin strateji xarakterini və Ukraynanın qlobal proseslərdə mühüm tərəfdaş kimi tanınmasını təsdiqləyir", - o vurğulayıb.
Söhbət zamanı Ukrayna-Kanada əlaqələrinin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Turan İSMAYIL