Türkiyə Milli Təhlükəsizlik Şurasından Azərbaycanla bağlı BƏYANAT

 00:01 23.05.2025     85

Türkiyə, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasından məmnundur.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mayın 22-də Ankarada keçirilmiş Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra yayılmış yekun bəyanatda deyilir.

Bəyanatda Türkiyənin Bakı və İrəvan arasında sülhün təmin olunması üçün şəraitin formalaşdırılması məsələsində gözləntiləri bir daha vurğulanır. Qeyd olunur ki, bu proses bölgədəki bütün aktorlara müsbət təsir göstərəcək.