İsrail Hizbullah obyektinə zərbə endirdi

 00:45 23.05.2025     62

İsrail aviasiyası Livanın cənubundakı Nəbatiya əyalətinin Tul məntəqəsində bir binaya zərbələr endirib.

Redaktor.az  xəbər verir ki, "Al Hadath" telekanalı hadisə ilə bağlı xəbər yayıb.

Hədəf alınan binanın Hizbullaha aid olduğu bildirilib.

Həmçinin, İsrailə məxsus pilotsuz təyyarələrin hazırda həmin yaşayış məntəqəsi üzərində patrul uçuşları apardığı qeyd olunub.