Trampın qalmaqallı diplomatiyası yüksək qiymətləndirildi

ABŞ-nin Prezidenti Donald Trampın diplomatik davranışı xarici siyasət ekspertləri arasında ciddi narahatlığa səbəb olub. Xüsusilə, onun Cənubi Afrika lideri Siril Ramafosa ilə Ağ Evdə keçirdiyi son görüşdəki çıxışları geniş rezonans doğurub.
Redaktor.az bu barədə "Financial Times" nəşrinə istindla məlumat verir.
Nəşrin məlumatına görə, Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib: “Bu, insanları gəlib Trampla oturmağa sövq etmir – kim bilir, onlara necə davranılacaq? Məncə, bu, əks-məhsuldardır.”
Mütəxəssislər hesab edirlər ki, belə halların davam etməsi Çin və Rusiyada ABŞ-nin qlobal təsirinin azalması kimi qəbul edilə bilər və bu da beynəlxalq səviyyədə Vaşinqtonun mövqelərinə zərər vura bilər.
Aytəkin TOFİQQIZI