ABŞ sahillərində güclü zəlzələ baş verdi

ABŞ sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar mayın 23-də Bakı vaxtı ilə saat 06:30-da baş verib. Zəlzələnin episentri Alyaska ştatında yerləşən, minə yaxın əhalisi olan Akutan şəhərindən 121 kilometr şimal-şərqdə müəyyən edilib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilməyib.
Aytəkin TOFİQQIZI