Qərb Ukraynaya dəstəyin gələcəyini qiymətləndirdi

ABŞ və Avropa ölkələri arasında Ukraynaya dəstək mövzusunda mövcud fikir ayrılıqları iyun ayında keçiriləcək G7 və NATO sammitlərində daha da dərinləşə bilər.
Redaktor.az bu barədə "New York Times" nəşrinə istinadla məlumat verir.
Nəşrin məlumatına görə, “amerikalılar və avropalılar arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları, çox güman ki, bir-birinin ardınca gələn iki sammitdə kulminasiya nöqtəsinə çatacaq”.
G7 sammiti iyunun 15-dən 17-dək Kanadada keçiriləcək. NATO liderlərinin görüşü isə iyunun 25-26-da Haaqada baş tutacaq. Hər iki tədbirin gündəliyində Ukraynaya gələcək yardım, təhlükəsizlik zəmanətləri və Rusiyaya qarşı əlavə təzyiq tədbirləri əsas müzakirə mövzuları olacaq.
Aytəkin TOFİQQIZI