Rusiyada helikopter qəzaya uğradı

Rusiyanın Oryol vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb, ekipaj həlak olub.
Bu barədə Moskva hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.
***
Rusiyanın Oryol vilayətinin Uritski rayonunun Narışkino kəndi yaxınlığında helikopter qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Uritski rayonunun Vahid Növbətçi Dispetçer Xidmətindən məlumat verilib.
Helikopterin hansı quruma məxsus olması barədə məlumat yoxdur.