İran ABŞ-ni "Yeni Vyetnam və ya Əfqanıstan” ilə hədələyir

 16:35 23.05.2025     95

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq, Yaxın Şərqdə tələsik addımlar atacağı təqdirdə ABŞ-ni sərt cavabla hədələyib.

Redaktor.az xəbər verir ki, bəyanatın mətnini İranın İSNA agentliyi yayıb.

Bəyanatda deyilir: “ABŞ-nin bölgədəki hər hansı fitnəsi Vyetnam və Əfqanıstanın taleyini onların başına gətirəcək”.

İranın Baş Qərargahı həmçinin Vaşinqtonu regionda sabitliyi pozmaq üçün İranın qonşularını İslam Respublikasına qarşı qeyri-dost hərəkətlərə təhrik etməkdə ittiham edib

Aytəkin TOFİQQIZI