Ankarada 96 ədəd eqzotik heyvan ələ keçirildi

Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində, satışı qadağan olunmuş heyvanları qanunsuz yollarla ölkəyə gətirərək çoxaldıb satan şəxslərə qarşı əməliyyat keçirilib. Ankara mərkəzli olmaqla İstanbul, Bursa, Sakarya və İzmir vilayətlərini əhatə edən eyni vaxtlı əməliyyatda 96 eqzotik heyvan ələ keçirilib.
Redaktor.az xəbər verir ki, təxminən 6 ay davam edən texniki və fiziki müşahidələr nəticəsində Ankara Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin koordinasiyasında həyata keçirilən əməliyyatda 12 nəfər şübhəli şəxs saxlanılıb.
Əməliyyat nəticəsində ələ keçirilən heyvanların mühafizəsi və qanuni prosedurların davam etdirilməsi üçün aidiyyəti qurumlara təhvil verildiyi bildirilib. İstintaq davam etdirilir.
Kənan YUSİF