"Mazda" Rusiyada satışları bərpa etdi

 21:31 23.05.2025     91

"Mazda Motor Rus" MMC Rusiya Federasiyasında zəmanətlə "Mazda" avtomobillərinin satışını bərpa etdiyini elan etdi.

Redaktor.az xəbər verir ki, bu barədə autonews.ru yazır. 

Zəmanət rəsmi nümayəndə tərəfdaşlarından alınmış avtomobillərə şamil olunacaq.

"Hazırda dilerlərin salonlarında iki model nümayiş etdirilir: "Mazda CX-5" və "Mazda CX-50". Bəzi avtomobillər artıq diler salonlarındadır", - şirkət nümayəndələri bildiriblər.

Xatırladaq ki, "Mazda" 2022-ci ildə Rusiyada avtomobil satışını dayandırıb. Onun Rusiyadakı zavodlarında istehsal 2022-ci ilin martında dayandırılıb və noyabrda şirkət Vladivostok müştərək müəssisəsindəki payını "Sollers"ə verib. 

Turan İSMAYIL