Erzurumda asfalt zavodunda partlayış OLDU

 22:43 23.05.2025     250

Türkiyənin Ərzurum şəhərinin Pasinlər rayonunda yerləşən asfalt istehsalı müəssisəsində qaz sıxışması səbəbilə partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Redaktor.az xəbər verir ki, rayonun magistral yoluna yaxın ərazidə yerləşən zavodun siloslarından birində saat 17:00 radələrində baş verən partlayışdan sonra yanğın çıxıb.

Əraziyə çoxsaylı yanğınsöndürən, təcili tibbi yardım və AFAD qrupları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən