Antalya mərkəzli dələduzluq şəbəkələrinə zərbə: 64 şübhəli saxlanıldı

Türkiyənin Antalya, Artvin, Adana və Balıkesir vilayətlərində dörd ayrı dələduz təşkilatına qarşı həyata keçirilən əməliyyatlarda ümumilikdə 64 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edərək, 1 milyard 785 milyon lirəlik hesab hərəkətliliyi müəyyən olunan təşkilatlara qarşı əməliyyat keçirildiyini bildirib.
Antalya, Artvin, Adana və Burhaniye Baş Prokurorluqları ilə Jandarma Baş Komandanlığı KOM Dairə Başqanlığının koordinasiyası ilə aparılan əməliyyatlar nəticəsində saxlanılan şübhəlilərdən 35-i həbs edilib, 29 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib.
Kənan YUSİF