ABŞ məhkəməsi Trampın Harvarda əcnəbi tələbə qəbulu qadağasını dayandırdı

ABŞ məhkəməsi Donald Tramp administrasiyasının Harvard Universitetinin əcnəbi tələbələrin qəbuluna qadağasını müvəqqəti olaraq dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu, ölkənin ən qədim universitetinin ABŞ hakimiyyətinə qarşı iddia qaldırmasından bir neçə saat sonra baş verib. Harvard administratorları mayın 22-də məktəbin Daxili Təhlükəsizlik Departamentinin SEVP sistemindən çıxarılması qərarının qanunu pozduğunu iddia ediblər.
"Bu, açıq şəkildə Harvarda qarşı Birinci Düzəliş hüquqlarından istifadə etdiyinə və hökumətin Harvardın idarəçiliyinə, kurrikuluma və onun professor-müəllim heyətinin və tələbələrinin ideologiyasına nəzarət etmək tələblərini rədd etdiyinə görə qisas almağı nəzərdə tutan hökumətin bir hərəkətidir", – universitetin iddiasında deyilir.
Universitetin prezidenti Alan Qarber Harvard ictimaiyyətinə universitetin beynəlxalq tələbələri üçün mübarizə aparacağına söz verib.
Harvardın iddiasına cavab olaraq Ağ Ev universitet rəhbərliyini bir vaxtlar böyük təhsil müəssisəsini antiamerikan, antisemitizm və terrorizm tərəfdarları üçün yetişdirmə meydanına çevirməkdə günahlandırıb və xarici tələbələrin qəbulunun hüquq deyil, imtiyaz olduğunu söyləyib.