Rusiya Ukrayna ilə sərhəddə bufer zonası yaradır - PUTİN

Rusiya qoşunları Ukrayna ilə sərhədə yaxın bufer zonasının yaradılması üzərində işləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə bildirib.
“Sərhəd boyu bufer zonanın yaradılması ilə bağlı qərar qəbul edilib. Silahlı qüvvələrimiz hazırda bu vəzifənin icrası ilə məşğuldur. Düşmənin atəş nöqtələri fəal şəkildə yatırılır. İşlər davam edir",- Putin deyib.
O əlavə edib ki, Belqorod, Bryansk və Kursk vilayətlərinin mülki əhalisi hələ ki atışmadan əziyyət çəkir.