Türkiyə və Suriya prezidentləri İstanbulda GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdərəsinin rəhbəri Haluk Görgün, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və bir sıra digər rəsmilər də iştirak edib.
Görüş mətbuata qapalı keçirilib.