İstanbulda sabah yollar bağlanacaq: Alternativ marşrutlar açıqlandı

İstanbul Valiliyi, Galatasaray klubunun çempionluq tədbiri münasibətilə sabah Yenikapı Etkinlik Alanında keçiriləcək mərasim səbəbilə bəzi yolların nəqliyyata bağlanacağını elan edib.
Redaktor.az xəbər verir ki, verilən məlumata görə, sabah yerli vaxtla saat 12:00-dan proqramın sonuna qədər aşağıdakı yollar bağlanacaq:
Gazi Mustafa Kemalpaşa Caddesi Sahil istiqaməti və bu küçəyə çıxan bütün yollar
Namık Kemal Caddesi və bu küçəyə çıxan bütün yollar
Sahil Kennedy Caddesi Cənub Yan Yol (Yedikule ilə Çatladıkapı arası) və əlaqəli yollar
Sahil Kennedy Caddesi Şimal Yan Yol (Kumkapı ilə Yedikule arası) və əlaqəli yollar
Şəhid Vefa Karakurdu üst keçidi
Yenikapı Etkinlik Alanı Liman Yolu
Namık Kemal varyant, Samatya varyant, Mahramacı Sokak və bu yollara çıxan bütün yollar
Valilik alternativ marşrut kimi Vatan Caddesi, Millet Caddesi, Org. Abdurrahman Nafiz Gürman Caddesi, Onuncu Yıl Bulvarı və Avrasiya Tunelindən istifadə olunmasını tövsiyə edib.
Kənan YUSİF