Ermənistanda dövlət xidmətinin əməkdaşı həbs edildi

Ermənistanda Dövlət Gəlirləri Xidmətinin əməkdaşı həbsxana binasından 590 min dollar oğurlamaqda şübhəli bilinərək həbs edilib.
Redaktor.az xəbər verir ki, məlumata görə, binadan 590 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən 3 nəfər tutulub. Onlardan biri xidmətin əməkdaşıdır.
Oğrunu öz avtomobili ilə İrəvanın Saryan küçəsindən, Baş Poçt İdarəsinin binası yaxınlığında aparan xidmətin əməkdaşı olub.
Bundan əvvəl Korrupsiyaya qarşı Mübarizə Komitəsi uzun müddət hazırlanmış və planlaşdırılmış mənimsəmə faktı üzrə cinayət işinin üstünün açıldığını, qrup üzvlərinin kimliyinin, onların rollarının, habelə oğurluq mexanizminin və pulların saxlandığı yerlərin müəyyən edildiyini bildirmişdi. Aparılan axtarışlar və digər prosessual hərəkətlər nəticəsində oğurlanmış 590 min ABŞ dollarının böyük hissəsi – 578,8 min dolları aşkar edilərək götürülüb.
Həbs olunan şəxslər cinayətlərini etiraf ediblər.