ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşdü

ABŞ-nin Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu ölkənin Prezidenti Əhməd əl-Şara ilə görüşüb.
Redaktor.az xəbər verir ki, T.Barak bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Barak görüş zamanı qeyd edib ki, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları təqdim etməyə imkan verəcək.
O vurğulayıb ki, ABŞ administrasiyası Suriya hakimiyyətindən İŞİD terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir.
“Mən, həmçinin ABŞ Prezidenti Donald Trampın xarici terrorçu döyüşçülər, İŞİD-ə qarşı mübarizə səyləri, İsraillə əlaqələr, Suriyanın şimal-şərqindəki düşərgələr və saxlama mərkəzləri ilə bağlı qaldırdığı məsələlərdə əhəmiyyətli addımlar atdığı üçün prezident əl-Şaraya təşəkkür etdim”, - Barak yazıb.