Avropa Ukraynaya göndərmək üçün ABŞ-dən silah almaq istəyir?

ABŞ Prezidenti Donald Trampın administrasiyası bundan birbaşa imtina edərsə, Avropa ölkələri Ukraynaya hərbi yardımı davam etdirmək üçün ABŞ-dən külli miqdarda silah almaqda maraqlıdır.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg“ məlumat yayıb.
Bildirilir ki, Avropanın lazımi arsenalı və ya kifayət qədər silah istehsal etmək gücü yoxdur ki, ABŞ-nin iştirakı olmadan Kiyevi təkbaşına təchiz etməyə davam etsin.
Bunun üçün də Avropa ölkələri mümkün həll yolunu daha çox ABŞ silah sistemləri almaqda və sonra onları Ukraynaya göndərməkdə görür.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-nin əvvəlki prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş hərbi yardım bu ilin yayında tükənə bilər.
Agentlik onu da qeyd edir ki, Qərb üçün bunun nəticəsində yaranacaq boşluğu doldurmaq çətin olacaq.