ABŞ səfirliyindən erməni qadınlara XƏBƏRDARLIQ

 09:48 25.05.2025     154

Erməni qadınlara doğum etmək üçün ABŞ-a ziyarət vizası ilə daxil olmamaq barədə xəbərdarlıq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın İrəvandakı səfirliyi öz Facebook səhifəsində məlumat yerləşirib.

Səfirlik Ermənistan vətəndaşlarına uşaq dünyaya gətirmək üçün ziyarətçi vizası ilə ABŞ-a daxil olmamaq barədə xəbərdarlıq edib.

Diplomatik missiya qadınlara xatırladıb ki, “doğum turizmi” qadağandır.

Açıqlamada deyilir: “Uşağın Amerika vətəndaşı olması üçün ABŞ-də uşaq dünyaya gətirmək məqsədi ilə səyahət üçün vizadan istifadə edilməsinə icazə verilmir”.

O da bildirilib ki, Amerika konsulluğu müraciət edənlərin belə niyyətləri olduğundan şübhələnərsə, müraciətlər rədd ediləcək (teleqraf.az).