Rusiya ilə Ukrayna arasında "1000-in 1000-ə" formulu əsasında əsir mübadiləsi başa ÇATDI

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.
Redaktor.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 303 Rusiya hərbçisi geri qaytarılıb.
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 303 hərbi əsiri Kiyevə təhvil verilib.
Rusiya MN-dən bildirilib ki, İstanbul razılaşması çərçivəsində “1000-in 1000-ə ” formuluna əsasən məhbus mübadiləsi başa çatıb.