İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirdi

 21:51 25.05.2025     94

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının dəniz xüsusi təyinatlı dəstəsinin hərbçisini öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin birgə endirdiyi zərbə nəticəsində terrorçu Əhməd Usamə Həsən əl-Ləxvani öldürülüb. O, HƏMAS-ın dəniz komando bölməsinin tərkibində olub", - məlumatda bildirilib.

Mətbuat xidməti qeyd edib ki, öldürülən şəxs 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrailə hücumda iştirak edib.

Həmçinin vurğulanıb ki, "Gideonun cəng arabaları" əməliyyatı çərçivəsində İsrail Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və raket katerləri Qəzza zolağında fəaliyyət göstərən qoşunlarla sıx əməkdaşlıq edərək dənizdən hücum əməliyyatları həyata keçirir.