Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub - Rusiya MN

 22:06 25.05.2025     140

Rusiyanın hava hücumundan müdafiə qüvvələri son yeddi saat ərzində ölkə ərazisində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar yerli vaxtla saat 13:00-dan 20:00-dək zərərsizləşdirilib.

Qeyd olunur ki, 23 PUA Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, altısı Moskva vilayəti, biri isə Kalujsk vilayəti üzərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, məhv edilən bütün PUA-lar təyyarə tipli olub.