Rusiyada adambaşına düşən bank kartlarının sayı məhdudlaşdırılacaq - SƏBƏB

Rusiyada bu ilin payızında bir fiziki şəxsə verilən bank kartlarının sayı 20 ədədlə məhdudlaşdırılacaq.
Redaktor.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin rəhbəri Anatoli Aksakov deyib.
“Hələlik təklif bir bankda 5 kart olmaqla cəmi 20 kartdır, amma mənə elə gəlir ki, bu da həddən artıqdır, biz bunu müzakirə edəcəyik”, - o qeyd edib.
Parlamentari bildirib ki, müvafiq qanun layihəsinin iyunda Dövlət Dumasına təqdim edilməsi planlaşdırılır və onun qəbulu çox vaxt aparmayacaq.
Nəşrin məlumatına görə, banklarda fırıldaqçılar onlarla hesab açır və sonra onlardan oğurlanmış pulları çıxarmaq üçün istifadə edirlər, gözlənilən yeniliklər bu cür əməllərlə mübarizədə kömək edəcək.
“İzvestiya”ya müsahibə verən ekspertlər, 20-dən çox aktiv kartı olan müştərilərin payının prinsipcə aktiv müştərilərin sayının təxminən 0,5%-ni və hətta 0,25%-ni təşkil etdiyinə və yeni tədbirin bir neçə yüz min vətəndaşa təsir edə biləcəyinə diqqət çəkiblər.
Qeyd edək ki, mayın 15-də Rusiyada yeni qanun qüvvəyə minib, hansı ki, vətəndaşların müəyyən kateqoriyası üçün ayda 100 min rubl məbləğində fiziki şəxslər arasında köçürmələrin məbləğinə məhdudiyyət qoyur. 100 min rubldan çox məbləği köçürmək lazımdırsa, vətəndaş bank filialına müraciət etməli və pasport və ya digər şəxsiyyət sənədini təqdim etməlidir. Bu tədbir yalnız məlumatları Mərkəzi Bankın məlumat bazasında olan və fırıldaqçılıqla əlaqəli olan şəxslərə şamil ediləcək.
Turan İSMAYIL