Moskvaya yaxınlaşan iki Ukrayna PUA-sı vuruldu

Ukraynanın daha iki pilotsuz uçan aparatı paytaxta yaxınlaşarkən vurulub.
Redaktor.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında yazıb.
"Təxminən 2,5 saat əvvəl daha iki pilotsuz təyyarə paytaxta hücum etməyə cəhd edib. Təcili yardım xidmətləri PUA-nın qalıqlarının olduğu yerə gəlib. Ümumilikdə 19 pilotsuz təyyarə mayın 25-i bazar günü Moskvaya yaxınlaşarkən məhv edilib", - deyə o qeyd edib.
Turan İSMAYIL