Alp dağlarında beş turistin meyiti aşkar EDİLDİ

 09:10 26.05.2025     123

İsveçrədə Alp dağlarının Rimpfişhorn massivində beş turistin meyiti aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Deutsche Welle" telekanalı məlumat yayıb.

“Zermatt dağ-xizək kurortu yaxınlığında beş xizəkçinin cansız bədəni tapılıb”, – məlumatda qeyd olunur.

Hazırda ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisənin dəqiq səbəblərinin araşdırılması üçün istintaq başlayıb.