ABŞ köynək və idman ayaqqabısı əvəzinə tanklar istehsal etməlidir - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkə köynək və idman ayaqqabısı istehsalı əvəzinə hərbi texnika və süni intellekt sahəsində irəliləyişlərə fokuslanmalıdır.
Redaktor.az bu barədə "Reuters" agentliyinə istinadla məlumat verir.
Tramp bu fikri öz tarif siyasətini izah edərkən səsləndirib.
“ABŞ süni intellektlə məşğul olmaq və köynəklər deyil, tanklar istehsal etmək istəyir”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ böyük texnoloji və hərbi layihələrə önəm verməlidir.
Aytəkin TOFİQQIZI