“11 yaşımdan zorakılığa məruz qaldım” – Məşhur müğənni

 15:05 26.05.2025     223

Məşur türk müğənni Güldən Qaraböcək illərdir davam edən səssizliyini pozaraq bacısı Nəşə Qaraböcəkə sülh çağırışı edib. Təqiblərə məruz qaldığını da bildirən Qaraböcək açıqlamaları ilə gündəm olub.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, müğənni bacısıyla barışmaq istədiyini bildirib.

Güldən Qaraböcək bacısı ilə yaşadığı gərginlikdən danışarkən bunları deyib:

“Peşman deyiləm. Qəsdən bir şey etmədim. Bilmirəm, qismətdi, yoxsa sınaq idi, amma başıma gəldi. İçimdə çox şey yaşadım, amma heç kimlə paylaşmadım”.

Qaraböcek uşaq ikən bacısının əri tərəfindən zorakılığa məruz qaldığını və uzun illər bunu heç kimə deyə bilmədiyini deyib. Müğənni bacısıyla barışmaq istədiyini və onun çox şeyi bilmədiyini deyib.

Vasif ƏLİHÜSEYN