Məşhur türk müğənnisi vəfat etdi - FOTO

Türkiyəli müğənni İlhan Şeşen vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, bir müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan Şeşen 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulan İlhan Şeşen bu yaxınlarda sənətdə 55 yaşını səhnədə qeyd etmişdi.