Makronun yaxın ətrafı: "Bu şillə deyil, üz tutmağı təqlid edən jestdir"

 18:48 26.05.2025     258

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı “həmişə belə reaksiya verir”.

Redaktor.az "Le Parisien" qəzetinə istinadla xəbər verir ki, bunu mətbuat qarşısında Bricitin ərinin üzünə şillə vurmasını şərh edən Fransa liderinin yaxınları deyib.

"Rəsmi tədbirlərə başlamağa hazırlaşan belə məqamlardan əvvəl həyat yoldaşı haqqında zarafat etməyi sevir. O da həmişə belə reaksiya verir", - Fransa prezidentinə yaxın mənbə bildirib.

O qeyd edib ki, bu, ümumiyyətlə, şillə deyil, “üz tutmağı təqlid edən jest”dir. O, Makronun ətrafının “bu mənzərəni 100 dəfə gördüyünü” qeyd edib və bunu cütlüyün rəsmi tədbirlərdən əvvəl istirahət etməsinin bir yolu adlandırıb.

Qeyd edək ki, Emmanuel Makron bir həftəlik Cənub-Şərqi Asiya turnesinə başlamazdan əvvəl həyat yoldaşı Bricit tərəfindən yumruqlanıb. Hadisə Vyetnamın Hanoy hava limanında baş verib. İnternetdə yayılan görüntülərdə prezident təyyarəsinin qapısının açıldığı, arxasında Makronun dayandığı görünür. Sonra Bricitin əli görünür və onun üzünü tutur. Videonun həqiqiliyi Yelisey sarayı tərəfindən təsdiqlənib.

Bu görüntülər geniş ictimai rezonansa səbəb olub. 

Turan İSMAYIL