Niderland F-16-ların son partiyasını Ukraynaya GÖNDƏRDİ

 19:25 26.05.2025     210

Niderland Ukraynaya vəd etdiyi F-16 qırıcılarının son partiyasını göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün təyyarələr Volkel aviabazasından Belçikaya havaya qalxıb, orada çatdırılma üçün hazırlanır. Ümumilikdə Niderland Ukraynaya 24 qırıcı göndərib", - məlumatda deyilir.

Qırıcıların son partiyasının göndərilməsini mayın 25-də Niderlandın müdafiə naziri Ruben Brekelmans elan edib. Onun sözlərinə görə, krallıq eyni sürətlə silah tədarükünü davam etdirir.

Turan İSMAYIL