Ankarada təhlükəsizlik qüvvələrinə hücum edən 12 nəfər saxlanıldı

 19:44 26.05.2025     182

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Ankaranın Keçiören rayonundakı qurbanlıq heyvan bazarında yoxlama zamanı təhlükəsizlik qüvvələrinə zopa ilə hücum edən 12 şübhəlinin saxlanıldığını açıqlayıb. Hadisə nəticəsində 5 polis əməkdaşının yüngül xəsarət aldığı bildirilib.

Redaktor.az xəbər verir ki, nazir Yerlikaya sosial media hesabında verdiyi açıqlamada, Bağlum Qurbanlıq Bazarında baş verən insidentdə iştirak edən şəxslərin R.A., R.B., M.C.B., M.G., F.A., E.B., H.O., S.A., H.Y., S.S. və Ö.K. olduğunu qeyd edib.

"Bu şəhər quldurları saxlanılıb. Hücum zamanı 5 polisimiz yüngül yaralanıb. Şəhər quldurlarına qarşı mübarizəmiz davam edəcək", – deyə Yerlikaya bildirib.

Kənan YUSİF