Şanlıurfada 1,5 ton xarab ət ələ keçirildi: 45 nəfər saxlanıldı

Türkiyənin Şanlıurfa vilayətinin Viranşəhir rayonunda keçirilən əməliyyat zamanı 1500 kiloqram gömrük qaçaqmalçılığı yolu ilə ölkəyə gətirilmiş və xarab olmuş ət ələ keçirilib, 45 şübhəli saxlanılıb.
Redaktor.az xəbər verir ki, Viranşəhir-Mardin avtomobil yolundakı nəzarət-buraxılış məntəqəsində İlçe Jandarma Komandanlığına bağlı qruplar tərəfindən 32 avtomobil saxlanılıb.
Avtomobillərdə aparılan axtarış zamanı 1500 kiloqram xarab və qaçaq ət, 7210 qutu siqaret, 76 qutu qaçaq çay, 635 ədəd siqar və 4 elektron siqaret aşkarlanaraq müsadirə olunub.
Qaçaq məhsullarla bağlı saxlanılan 45 şübhəli barəsində araşdırmalar davam etdirilir.
Kənan YUSİF