"Makronun şillələndiyini gördük" - Kremldən REAKSİYA

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Fransa prezidentinin həyat yoldaşı Bricit Makronun ərini çənəsinə vurarkən görüntüləri görüb.
Redaktor.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında hadisə ilə bağlı şərh verməyəcəyini qeyd edib.
Peskov Kremlin mübahisəli video ilə tanış olub-olmaması ilə bağlı sualı cavablandırıb: “Bəli, hamı kimi biz də bunu televiziyada gördük”.
Qeyd edək ki, Emmanuel Makronun Vyetnamın Hanoy hava limanında təyyarənin qapısının açıldığı zaman arvadı tərəfindən şillələndiyi görüntülənib.
Turan İSMAYIL