Putin Rusiyada kartof və şəkər çuğunduru qıtlığını elan ETDİ

Rusiyada kartof və şəkər çuğunduru yoxdur.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin işgüzar dairələrin nümayəndələri ilə görüşündə deyib.
“Rusid” MMC-nin baş direktoru Mark Gext ilə dialoq zamanı Putin qeyd edib ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatında və emal sənayesində sabitliyi gücləndirmək lazımdır.
"Kartof, bəzi tərəvəzlər, şəkər çuğunduru - bizdə bunlar çatışmır. Bu sahələrin, o cümlədən emal sahələrinin dayanıqlığını təmin etmək lazımdır. Hələ görüləcək çox şey var. Kartof, bəzi tərəvəzlər, şəkər çuğunduru - bizdə bunlar çatışmır", - prezident vurğulayıb.
Turan İSMAYIL