Putin Hakan Fidanı qəbul etdi - YENİLƏNİB

 20:56 26.05.2025     262

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, onlar Rusiya-Ukrayna müharibəsi və Suriyadakı son vəziyyət barədə danışıblar. Təfərrüatlar isə açıqlanmayıb. 

Məlumata görə, görüş hələ davam edir.

***

Rusiya Prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin diplomatik missiyası məlumat verib.

“Vladimir Putin Hakan Fidanı qəbul edib. Görüş saat 19:30-da başlayıb və davam edir”, - məlumatda deyilir.