İsrail HƏMAS-a hərbi təzyiqi davam etdirəcək

Fələstinin HƏMAS hərəkatının irəli sürdüyü şərtlər qəbuledilməzdir və İsrail radikallara qarşı hərbi təzyiqlərini davam etdirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a İsrailin siyasi sistemindəki mənbə bildirib.
“İsrail oğurlananların geri qaytarılması ilə bağlı vasitəçilərlə intensiv danışıqlar aparır. HƏMAS-ın irəli sürdüyü şərtlər ölkəmiz üçün qəbuledilməzdir və biz bir ildən artıqdır hökumətin təsdiq etdiyi bütün məqsədlər reallaşana qədər terrorçulara hərbi təzyiq göstərməyə davam edəcəyik”, - agentliyin mənbəsi deyib.