Donald Tramp niyə Rusiyaya təzyiq göstərmək istəmir?

 09:26 27.05.2025     158

ABŞ-nin Prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək məqsədilə tətbiq olunan kənar təzyiqlərə üç əsas səbəbdən qarşı çıxır.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp ilk növbədə Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı şəxsi antipatiya bəsləyir. O hesab edir ki, Zelenskinin mövqeyi və davranışı münaqişənin daha da alovlanmasına səbəb olur. Tramp bu yaxınlarda sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, Zelenski “etdiyi kimi danışmaqla ölkəsinə yaxşılıq etmir”.

İkinci səbəb isə Trampın sanksiyaların Rusiyanın hərbi imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilməyəcəyinə olan inamıdır. O düşünür ki, sərt sanksiyalar əksinə, ABŞ ilə Rusiya arasında iqtisadi əlaqələrin bərpasını daha da çətinləşdirir.

Üçüncü əsas səbəb Trampın Rusiya Prezidenti Vladimir Putinə olan şəxsi münasibətidir. O, Putini yaxşı tanıdığını və onun şəxsi qərarı ilə münaqişəyə son qoya biləcəyinə inanır. Bununla belə, məqalədə qeyd olunur ki, keçən həftə Putinin atəşkəs razılaşmasını imzalamaqdan imtina etməsi Trampın Rusiya lideri haqqında fikirlərini mənfi yöndə dəyişib.

Aytəkin TOFİQQIZI