Millət iradəsinə yönəlmiş hər cür lənətli təşəbbüsə qarşıyıq - Ömər Çelik

“27 may çevrilişi siyasi tariximizdəki zəncirvari şər hadisələrin əsas səbəblərindəndir. Millət iradəsinə yönəlmiş hər cür lənətli təşəbbüsə qarşı olmağa davam edəcəyik".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim partiyası AK Parti sözçüsü Ömər Çelik, 27 May hərbi çevrilişi ilə bağlı paylaşımında deyib.
Çelik sosial media hesabındakı açıqlamasında, çevrilişin Türk siyasi həyatında ağır nəticələrə yol açdığını vurğulayıb. Onun sözlərinə görə, demokratiyaya qarşı bu cür müdaxilələr həm siyasi, həm də ictimai cəhətdən dərin izlər buraxır.
Kənan YUSİF