Əkrəm İmamoğlunun müavini barəsində istintaq başladıldı

 13:55 27.05.2025     172

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini Nuri Aslan barəsində məhkəmə binasında təhlükəsizlik əməkdaşlarını hədələdiyi iddiası ilə “vəzifəli şəxsin vəzifəsini yerinə yetirməsinə mane olmaq məqsədilə müqavimət göstərmək” maddəsi üzrə istintaqa başlanılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Baş Prokurorluğundan verilən məlumata görə, İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində İSTAÇ, KİPTAŞ və Yol Baxım İdarəsində baş verən qanunsuzluqlarla əlaqədar saxlanılan şübhəlilərin dindirilməsi zamanı Aslanın məhkəmə binasına gəldiyi və burada təhlükəsizlik işçiləri ilə mübahisə etdiyi bildirilir.

Prokurorluq, Aslanın təhlükəsizlik əməkdaşlarını hədələdiyinə dair müəyyənləşdirmədən sonra barəsində hüquqi prosedura start verib.

Qeyd edək ki, İstanbul meri Əkrəm İmamoğlu hazırda istintaq təcridxanasındadır.

Kənan YUSİF