“27 May çevrilişini yaddaşımızdan çıxarmayacağıq” - Yılmaz Tunç

 13:58 27.05.2025     261

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç 27 May 1960-cı il hərbi çevrilişi ilə bağlı sosial media hesabında açıqlama verib.

Redaktor.az xəbər verir ki, Tunç bildirib:  “İllər keçsə də demokratiyamızın yaşadığı bu acı təcrübəni heç vaxt unutmayacaq, hər cür vəsayət anlayışına qarşı demokratiyamızı qorumağa, milli iradəni hər şəraitdə üstün tutmağa və hüquq dövləti prinsipini gücləndirməyə davam edəcəyik".

Nazir, 27 May çevrilişini Türk demokratiyası tarixinin qara ləkələrindən biri kimi dəyərləndirərək, xalqın sərbəst iradəsi ilə seçilən hökumətin silah zoruyla vəzifədən uzaqlaşdırılmasının milli iradəyə vurulan böyük zərbə olduğunu vurğulayıb.

Kənan YUSİF