"Narkokapan-İstanbul 2" əməliyyatında saxlanılan 254 nəfər həbs edildi

İstanbulda narkotik vasitə satıcılarına qarşı keçirilən “Narkokapan-İstanbul 2” adlı genişmiqyaslı əməliyyatda saxlanılan 279 nəfərdən 254-ü barəsində həbs qətimkan tədbiri seçilib.
Redaktor.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən 20–23 may tarixlərində İstanbulun Bağcılar, Beşiktaş, Esenyurt, Maltepe və Pendik rayonlarında həyata keçirilən əməliyyatlar çərçivəsində saxlanılan şübhəlilər barəsində hüquqi prosedurlar tamamlanıb.
Rəsmi məlumata görə, şübhəlilərdən 254-ü məhkəmə qərarı ilə həbs olunub, 25 nəfər isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.
Əməliyyat zamanı ələ keçirilən maddi sübutlar İstanbul Təhlükəsizlik Müdirliyinin həyətində sərgilənib. Sərgidə çıxış edən Vilayət Təhlükəsizlik Müdiri Səlami Yıldız, küçə səviyyəsində və ya beynəlxalq miqyasda gənclərin gələcəyini məhv edən narkotik tacirləri ilə mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Kənan YUSİF