49 nəfəri öldürən ömürlük məhkumdan ŞOK TƏLƏB

Rusiyada 49 qətlə görə ömürlük həbs olunan məhkum daha tez-tez ziyarət edilməsi üçün yaxınlarının yanına Mordoviyaya köçürülmək istəyir. Hazırda isə Yamal-Nenets Muxtar Dairəsində cəza çəkir.
Redaktor.az xəbər verir ki, Xarp kəndindəki “Qütb bayquşu” cəzaçəkmə müəssisəsində cəza çəkən 51 yaşlı Aleksandr Piçuşkin Mordoviyanın Torbeyevski Mərkəzi həbsxanasına keçmək istəyib. Moskvadan Mordoviyaya olan məsafə 500 km-dən azdır, “Qütb bayquşu”na isə tam 3500 km-dir. Belə ki, manyak yaxınlarının ona tez-tez baş çəkə biləcəklərini düşünür.
Piçuşkin Moskva vilayətində törədilmiş 11 yeni qətli etiraf edəndən sonra belə bir ərizə verib.
Lakin məlumata görə, “Qütb bayquşu” administrasiyası və Federal Penitensiar Xidmət Piçuşkini Mordoviyaya köçürməkdən imtina edib və bu səbəbdən manyak idarədən şikayət edib (lent.az).